"Qarabağ"ın sabiq futbolçusuna Çin klubundan təklif gəlib

"Qarabağ"ın sabiq futbolçusuna Çin klubundan təklif gəlib 29 yaşlı yarımmüdafiəçi Karlos Teveslə komanda yoldaşı ola bilər
Futbol
17 Yanvar , 2017 10:03
Qarabağın sabiq futbolçusuna Çin klubundan təklif gəlib

Bakı. 17 yanvar. REPORT.AZ/ Çinin "Şanxay Şenxua" klubu Türkiyə I Liqasında mübarizə aparan "Göztəpə" klubunun futbolçusu Leroy Corcu heyətinə cəlb etmək istəyir. "Report"un məlumatına görə, Çin təmsilçisi 29 yaşlı yarımmüdafiəçi üçün yüksək məbləğ təklif edib.

Təklif qəbul olunacağı təqdirdə, hollandiyalı oyunçu dünyanın ən çox qazanan (ilinə 42 milyon dollar) futbolçusu Karlos Tevez, Demba Ba və Fredi Quarin kimi futbolçularla eyni komandada çıxış edəcək.

Qeyd edək ki, Leroy Corc 2013-cü ilin iyununda "Qarabağ"la iki illik müqavilə imzalayıb. 2015-ci ilin iyulundan "Göztəpə"yə transfer olunan Corcun hazırkı anlaşması yayadək qüvvədə olacaq.

Son xəbərlər

Orphus sistemi