Çin klubu Messiyə ildə 100 milyon avro təklif etmək niyyətindədir

Çin klubu Messiyə ildə 100 milyon avro təklif etmək niyyətindədir Argentinalı hücumçuya "Hebey Çayna Forçun" maraq göstərir
Futbol
16 Dekabr , 2016 05:53
Çin klubu Messiyə ildə 100 milyon avro təklif etmək niyyətindədir

Bakı. 16 dekabr. REPORT.AZ/ Futbol üzrə Çin çempionatında mübarizə aparan "Hebey Çayna Forçun" klubu "Barselona"nın (İspaniya) argentinalı forvardı Lionel Messiyə illik əmək haqqı 100 milyon avro olmaqla 5 il müddətinə müqavilə təklif etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə İspaniyanın "AS" qəzeti yazıb.

Əvvəl "Barselona"nın 29 yaşlı argentinalı ilə müqavilənin uzadılmasına dair danışıqlar apardığı və öz hücumçusuna ildə 35 milyon avro təklif etməyə hazır olduğu bildirilirdi.

Son xəbərlər

Orphus sistemi