Çin klubu Andres İnyestaya illik 35 milyon avro təklif edir

Çin klubu Andres İnyestaya illik 35 milyon avro təklif edir Bakı. 16 fevral. REPORT.AZ/ Çinin “Tyantszin Tsyuantszyan” klubu İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Andres İnyestanı transfer etmək istəyir.
Futbol
16 Fevral , 2018 14:25
Çin klubu Andres İnyestaya illik 35 milyon avro təklif edir

Bakı. 16 fevral. REPORT.AZ/ Çinin “Tyantszin Tsyuantszyan” klubu İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Andres İnyestanı transfer etmək istəyir.

“Report” sport.es saytına istinadən xəbər verir ki, asiyalılar 34 yaşlı yarımmüdafiəçiyə illik 35 milyon avro məvacib ödəməyə hazırdırlar.

İnyestanın ötən ilin oktyabrında Kataloniya təmsilçisi ilə bağladığı ömürlük müqavilədə onun sərbəst şəkildə başqa kluba getmək hüququ olduğuna dair bənd var.

Qeyd edək ki, “Tyantszin Tsyuantszyan”ın baş məşqçisi italiyalı dünya çempionu Fabio Kannavarodur. “Barselona”nın yetirməsi olan Andres İnyesta 2002-ci ildən bəri əsas komandanın formasını geyinir. 

Son xəbərlər

Orphus sistemi