Bakı. 2 oktyabr. REPORT.AZ/ Dünya Çimərlik Futbol Təşkilatı (Beach Soccer Worldwide) 2018-ci ilin ən yaxşı oyunçusu və məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.
"Report" Azərbaycan Çimərlik Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, siyahıda Azərbaycan milli komandasından məşqçi Zeynal Zeynalov və oyunçu Ramil Əliyev də yer alıb.
Qeyd edək ki, ilin ən yaxşı oyunçusu və məşqçisi noyabrın 10-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək "Beach Soccer Stars 2018 Gala"da açıqlanacaq.