Çimərlik futbolu üzrə Azərbaycan millisi Dünya Kubokunun növbəti mərhələsinə yüksəlib

Çimərlik futbolu üzrə Azərbaycan millisi Dünya Kubokunun növbəti mərhələsinə yüksəlib Bu, Bolqarıstan üzərində 4:1 hesablı qələbədən sonra rəsmiləşib
Futbol
6 Sentyabr , 2016 12:37
Çimərlik futbolu üzrə Azərbaycan millisi Dünya Kubokunun növbəti mərhələsinə yüksəlib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Çimərlik futbolu üzrə Azərbaycan millisi 2017-ci il Dünya Kubokunun Avropa komandaları arasında seçmə mərhələsində üçüncü oyununu keçirib. "Report"un məlumatına görə, İtaliyanın Yezolo şəhərində baş tutan görüşdə rəqib Bolqarıstan yığması olub.

Azərbaycan yığması 4:1 hesablı qələbə qazanıb. Qalib komandanın qollarını Asif Zeynalov, Əbdül Əliyev, İlkin Hacıyev və Orxan Məmmədov vurub.

Bununla da 6 xalla G qrupunda ikinci yeri təmin edən milli komanda seçmə mərhələnin ikinci raunduna vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi