Yuxarı
    Bağlamaq

    Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb - SİYAHI

    Yığma Avropa çempionatının birinci və ikinci seçmə mərhələsində iştirak edəcək

    Bakı. 7 avqust. REPORT.AZ/ Avqustun 9-14-də Macarıstanın Siofok şəhərində Avropa çempionatının birinci, avqustun 23-28-də isə Almaniyanın Varnemunde şəhərində ikinci seçmə mərhələsində iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

    “Report”un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmanın heyətində 12 futbolçu yer alıb. Bunlar Vaqif Şirinbəyov, Elçin Qasımov, Renat Sultanov, Elvin Quliyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev, Hikmət Bağırov və Comərd Baxşəliyevdir.

    Millinin oyunların təqvimi belədir:

    Siofok (Macarıstan)

    11 avqust, saat 19:00

    Azərbaycan – Portuqaliya

    12 avqust, saat 17:45

    Belarus – Azərbaycan

    13 avqust, saat 16:30

    Polşa – Azərbaycan

    Varnemunde (Almaniya)

    25 avqust, saat 18:00

    Almaniya – Azərbaycan

    26 avqust, saat 19:15

    İtaliya – Azərbaycan

    27 avqust, saat 15:30

    Azərbaycan – Ukrayna

    Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi