Bakı. 20 yanvar. REPORT.AZ/ Futbol üzrə Çili milli komandasının baş məşqçisi Xorxe Sampaoli istefaya göndərilib. "Report"un məlumatına görə, Çili Futbol Federasiyası 55 yaşlı mütəxəssislə müqaviləni pozub.
Tərəflər Sampaolinin istəyilə yollarını ayırıblar.
Qeyd edək ki, Xorxe Sampaoli Çili yığmasında 2012-ci ildən çalışırdı. Onun rəhbərliyi altında 2015-ci ildə Amerika Kuboku qazanılmışdı.