Çili yığmasına yeni baş məşqçi təyin olunub

Çili yığmasına yeni baş məşqçi təyin olunub Futbol millisinin başına Reynaldo Rueda gətirilib
Futbol
9 Yanvar , 2018 06:22
Çili yığmasına yeni baş məşqçi təyin olunub

Bakı. 9 yanvar. REPORT.AZ/ Kolumbiyalı mütəxəssis Reynaldo Rueda futbol üzrə Çili yığmasına baş məşqçi təyin edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çili Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə müqavilə 2022-ci il dünya çempionatının təsnifat mərhələsinin sonunadək nəzərdə tutulub. Əgər komanda Qətərdə keçiriləcək dünya birinciliyinə çıxarsa, müqavilənin müddəti uzadıla bilər.

Rueda bu postda ispaniyalı Xuan Antonio Pissini əvəz edib. O, yığmanın DÇ-2018-ə çıxa bilməməsindən sonra istefa verib.

Çili yığması FİFA reytinqində 10-cu yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi