Çili Kolumbiyanı məğlub edərək Amerika Kubokunun finalına çıxıb - VİDEO

Çili Kolumbiyanı məğlub edərək Amerika Kubokunun finalına çıxıb - VİDEO Komanda iyunun 27-də finalda Argentina ilə qarşılaşacaq
Futbol
23 İyun , 2016 08:46
Çili Kolumbiyanı məğlub edərək Amerika Kubokunun finalına çıxıb - VİDEO

Bakı. 23 iyun. REPORT.AZ/ Futbol üzrə Amerika Kubokunun ikinci finalçısı da məlum olub.

"Report" xəbər verir ki, bu, yarımfinalda Kolumbiyanı 2:0 hesabı ilə məğlub edən Çili olub.

Çikaqoda keçirilən matçda hesab 7-ci dəqiqə açılıb: Çarles Aranqis fərqlənib – 1:0. 11-ci dəqiqədə Çilinin üstünlüyü iki topa çatıb. Bu dəfə qapıçının uzun ötürməsindən sonra Xose Fuensalida rəqibi məyus edib.

Komandalar arasında keçirilən yarımfinal oyununun ikinci hissəsi əlverişsiz hava şəraiti səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb. Tamaşaçılardan yaxınlaşmaqda olan tufan səbəbindən tribunaları tərk etmək xahiş olunub. Lakin bir müddətdən sonra matç bərpa olunub. Buna baxmayaraq oyunda hesab dəyişməyib və 2:0-lıq nəticə ilə də başa çatıb.

Çili iyunun 27-də finalda Argentina ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi