Yuxarı
    Bağlamaq

    Çilavert: Messi hətta Maradona və Peledən də üstün futbolçudur

    Paraqvay yığmasının keçmiş qapıçısı dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb

    Bakı. 12 fevral. REPORT.AZ/ Paraqvay yığmasının keçmiş qapıçısı Xose Luis Çilavert dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.

    "Report"un Sportbox.az-a istinadla verdiyi xəbərə görə, Çilavert hesab edir ki, “Barselona”nın ulduzu Lionel Messi dünya futbol tarixinin ən yaxşı futbolçusudur. Çilavert Messinin hətta Pele və Maradona kimi futbol əfsanələrindən də güclü olduğu qənaətindədir.

    “Messi digər futbolçulardan çox üstündür. İkinci yerdə Maradona, üçüncü yerdə isə Pele və Alfredo di Stefanodur”- deyə, Çilavert qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi