Çiçarito: "Qarabağ"a vurduğum qol möhtəşəm və çox önəmli idi"

Çiçarito: "Qarabağ"a vurduğum qol möhtəşəm və çox önəmli idi" “İlk qola qədər yaxşı oynamırdıq, rəqib təzyiq edirdi. Lakin daha 2 qol vurub qələbəni qazandıq. Bütün komanda və baş məşqçimiz göstərilən oyuna görə xoşbəxtdir”.
Futbol
20 Sentyabr , 2019 09:59
Çiçarito: Qarabağa vurduğum qol möhtəşəm və çox önəmli idi

“İlk qola qədər yaxşı oynamırdıq, rəqib təzyiq edirdi. Lakin daha 2 qol vurub qələbəni qazandıq. Bütün komanda və baş məşqçimiz göstərilən oyuna görə xoşbəxtdir”.

“Report” xəbər verir ki, bunu “Sevilya”nın futbolçusu Xavyer Hernandes UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda “Qarabağ”ı səfərdə 3:0 hesabı ilə məğlub etdikləri oyun haqda danışarkən deyib.

Görüşün 62-ci dəqiqəsində cərimə zərbəsindən hesabı açan meksikalı forvard önəmli qola imza atdığını vurğulayıb: “Uğura ac, həm də həyəcanlıyam. Vurduğum qol möhtəşəm və çox önəmli idi. Ümid edirəm ki, səhvə yol verəcəyimiz oyunlar az olacaq”.

Dörd turdan sonra 10 xalla La Liqada lider olan “Sevilya” sentyabrın 22-də “Real Madrid”i qəbul edəcək. “Çiçarito” ləqəbli hücumçu deyib ki, bu, təkcə onun üçün deyil, bütün “Sevilya”dan ötrü xüsusi oyundur. Komandada güclü rəqabət var. Bu da bizi faydalıdır. Oyun keyfiyyətlərimizi daha da yüksəldəcəyik”. 

Son xəbərlər

Orphus sistemi