Cəzalandırılan baş hakim Azərbaycan Premyer Liqasına qaytarılıb

Cəzalandırılan baş hakim Azərbaycan Premyer Liqasına qaytarılıb Fariz Yusifovun məcburi istirahəti 4 tur çəkib
Futbol
30 Oktyabr , 2015 18:00
Cəzalandırılan baş hakim Azərbaycan Premyer Liqasına qaytarılıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun hakim təyinatları açıqlanıb. "Report"un məlumatına görə, sabiq FİFA referisi Fariz Yusifovun cəzası 4 tur davam edib.

VI turun "Qarabağ" - "Neftçi" matçında qonaqların qapısına təyin etdiyi mübahisəli penalti səbəbindən məcburi istirahətə göndərilmiş Yusifova bu dəfə "İnter" - "Zirə" matçı həvalə olunub. Hazırkı FİFA referilərinə gəldikdə, Əliyar Ağayev "Qəbələ" - "Kəpəz", Orxan Məmmədov "Rəvan" - "Xəzər Lənkəran" matçına təyinat alıb. Daha bir beynəlxalq dərəcəli baş hakim Rəhim Həsənov "Qarabağ" - AZAL oyununda 4-cü hakim funksiyasını yerinə yetirəcək.

31 oktyabr (şənbə)

16:00. “İnter” (Bakı) – “Zirə” (Bakı)

Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Coşqun Həsənov, Ömər Paşayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Məhəmməd Məmmədov

Bakı, “İnter Arena”

18:00. “Qəbələ” – “Kəpəz” (Gəncə)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Murad Məmmədov

Qəbələ şəhər stadionu

19:00. “Qarabağ” (Ağdam) – AZAL (Bakı)

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Kərim Ağayev

Bakı, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

2 noyabr (bazar ertəsi)

19:00. “Sumqayıt” – “Neftçi” (Bakı)

Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Əli Hüseynov

Sumqayıt, “Kapital Bank Arena”

21:00. “Rəvan” (Bakı) – “Xəzər Lənkəran”

Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Vüqar Bayramov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Rövşən Əhmədov

Bakı, “Bayıl Arena”.

Son xəbərlər

Orphus sistemi