​Çexiya yığmasının sabiq baş məşqçisi "Anji"ni çalışdıracaq

​Çexiya yığmasının sabiq baş məşqçisi "Anji"ni çalışdıracaq Mütəxəssisə həmyerliləri yardım edəcək
Futbol
30 İyun , 2016 14:25
​Çexiya yığmasının sabiq baş məşqçisi Anjini çalışdıracaq

Bakı. 30 iyun. REPORT.AZ/ "Anji" klubu yeni baş məşqçisini ictimaiyyətə təqdim edib. 

"Report"un Maxaçqala klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı çexiyalı Pavel Vrba çalışdıracaq.

Çexiyalı mütəxəssisə həmyerliləri Duşan Fittsel, Aleksandr Bokiy və Martin Tixaçek kömək edəcək. 

Qeyd edək ki, P.Vrba 2014-cü ildən Çexiya yığmasını çalışdırıb. O, komanda ilə AVRO-2016-ya vəsiqə qazanıb. Çexiya D qrupunda Türkiyə ilə keçirilmiş üçüncülük oyununda məğlub olaraq qitə turnirində mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi