Çexiya yığmasının baş məşqçisi: "Azərbaycan millisi də bizimlə oxşar durumdadır"

Çexiya yığmasının baş məşqçisi: "Azərbaycan millisi də bizimlə oxşar durumdadır" "Əldə olunacaq nəticə yığmanın turnir cədvəlindəki mövqeyinə və reytinq əmsalına təsir edəcək"
Futbol
3 Oktyabr , 2017 10:32
Çexiya yığmasının baş məşqçisi: Azərbaycan millisi də bizimlə oxşar durumdadır
Reuters

Bakı. 3 oktyabr. REPORT.AZ/ “Azərbaycan millisi də bizimlə oxşar durumdadır. Onların da dünya çempionatına vəsiqə şansı verən ikinci pilləni tutması mümkün deyil”.

“Report” sport.cz saytına istinadən xəbər verir ki, bunu Çexiya milli komandasının baş məşqçisi Karel Yarolim 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

61 yaşlı mütəxəssis bildirib ki, rəhbərlik etdiyi kollektiv mundiala vəsiqə şansını itirsə də, Azərbaycanla görüşün nəticəsi önəmlidir. Yarolim fikrini bu cür əsaslandırıb: “Biz layiqincə və istəklə mübarizə aparmalıyıq. Çünki əldə olunacaq nəticə yığmanın turnir cədvəlindəki mövqeyinə və reytinq əmsalına təsir edəcək. Avropa çempionatının seçmə mərhələsinin püşkatması zamanı hansı səbətdə yer alacağımız məhz reytinq əmsalından asılıdır”.

Baş məşqçi heyətə sonradan cəlb edilən Yan Sikora və Vatslav Kadletsin durumlarından razı qaldığını söyləyib. O, komandanın vəziyyətinin yaxşı olduğunu ifadə edib: “Futbolçuların durumu məni qane edir. Sikora zədədən sonra öz oyununu oynamağa başlayıb. Qarşıdakı matçlar üçün lazımi motivasiyanı tapacağımıza inanıram”.

Qeyd edək ki, oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi