Yuxarı
    Bağlamaq

    Çexiya yığması Azərbaycanla oyun üçün heyətinə daha 3 futbolçu cəlb edib

    Onlardan birinin zədəsi var

    Bakı. 4 oktyabr. REPORT.AZ/ Dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Çexiya yığması heyətə daha 3 futbolçu cəlb edib. "Report"un Çexiya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Karel Yarolim yarımmüdafiəçilər Yaromir Zmrhal ("Slaviya") və Lukaş Droppa ("Tom", Rusiya), eləcə də hücumçu Milan Şkodaya ("Slaviya") dəvət göndərib.

    Zmrhal və Droppa karyeralarında ilk dəfə milliyə çağırılıblar. Şkoda isə ötən il Çexiya yığmasında çıxış edib. Yarolim yarımmüdafiəçilərin bu gündən komandanın düşərgəsində olacağını bildirib. Şkodanın isə səhhətində problem var. Hücumçu bu gün çıxış etdiyi klubda tibbi müayinədən keçəcək. Nəticə müsbət olacağı təqdirdə, yığmaya qoşulacaq.

    Qeyd edək ki, Çexiya - Azərbaycan oyunu oktyabrın 11-də Ostrava şəhərində olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. C qrupunda Azərbaycan və Çexiyadan başqa Almaniya, San Marino, Norveç və Şimali İrlandiya yığmaları da yer alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi