Çexiya millisinin sabiq futbolçusu 15 ay müddətinə həbs edilib

Çexiya millisinin sabiq futbolçusu 15 ay müddətinə həbs edilib Bakı. 7 fevral. REPORT.AZ/ Çexiya milli komandasının sabiq futbolçusu Tomaş Rjepka 15 ay müddətinə həbs edilib.
Futbol
7 Fevral , 2019 18:33
Çexiya millisinin sabiq futbolçusu 15 ay müddətinə həbs edilib

Bakı. 7 fevral. REPORT.AZ/ Çexiya milli komandasının sabiq futbolçusu Tomaş Rjepka 15 ay müddətinə həbs edilib.

"Report" "Frans-Press"ə istinadən xəbər verir ki, 45 yaşlı sabiq müdafiəçi fırıldaqçılığa görə azadlıqdan məhrum olunub. 

Rjepka 2016-cı ildə ona məxsus olmayan avtomobili bir qadına satıb. 45 yaşlı sabiq oyunçunun vəkili hökmdən şikayət edib.

Rjepkaya 2018-ci ildə keçmiş həyat yoldaşının adından internetdə intim videolar yerləşdirdiyi üçün 6 ay müddətinə həbs cəzası verilib. O, 2015 və 2016-cı illərdə sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb.

Qeyd edək ki, İngiltərənin "Vest Hem" və İtaliyanın "Fiorentina" komandalarında da çıxış etmiş Tomaş Rjepka Çexiya yığmasında 46 oyunda bir qol vurub. 

Son xəbərlər

Orphus sistemi