Çexiya milli komandasının futbolçusu “Yuventus”a keçir

Çexiya milli komandasının futbolçusu “Yuventus”a keçir Patrik Şik 30,5 milyon avroya transfer olunur
Futbol
22 İyun , 2017 12:58
Çexiya milli komandasının futbolçusu “Yuventus”a keçir

Bakı. 22 iyun. REPORT.AZ/ İtaliya A seriyasının qalibi “Yuventus” klubu Çexiya milli komandasının futbolçusu Patrik Şiki transfer edir. “Report”un Turin təmsilçisinin rəsmi saytına istinadən verdiyi məluma görə, 21 yaşlı hücumçu tibbi baxışdan keçmək üçün klubun bazasına gəlib.

Onunla bu gün 3 illik rəsmi müqavilə bağlanılacağı gözlənilir.

Qeyd edək ki, Patrik Şik müqavilə ilə İtaliyanın “Sampdoriya” klubuna məxsusdur. “Yuventus”un çexiyalı hücumçunun transferi üçün Genuya təmsilçisinə 30,5 milyon avro ödəyəcəyi bildirilir. 21 yaşlı forvard ötən mövsüm “Sampdoriya”nın heyətində meydana çıxdığı 32 oyunda 11 qol vurub və 6 məhsuldar ötürmə verib.

Son xəbərlər

Orphus sistemi