Yuxarı

Çexiya klubunun kişi futbolçuları qadın komandasına göndərilib

Futbolçular qadın hakim haqqında mənfi fikirlər səsləndirib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Çexiyanın "Sparta" klubunun futbolçuları Tomas Kubek və Lukas Vaça qadın komandasına göndərilib. "Report"un məlumatına görə, buna səbəb adıçəkilən futbolçuların qadın hakimin ünvanına xoşagəlməz ifadələr işlətməsidir.

Ölkə çempionatının IX turunda "Brno" ilə səfər matçında (3:3) qadın yan xətt hakimi Lüsi Ratayovanın oyundankənar vəziyyəti qeydə almadığını iddia edən futbolçular həmin qadın haqda mənfi fikirlər səsləndirib. Kubek "Fikrimcə qadınlar mətbəxdə daha yararlıdır və kişi futboluna təyinat almamalıdırlar" deyib. Vaça isə sosial şəbəkədə hakimin şəklini paylaşaraq üzərinə "aşpaz" yazıb.

Daha sonra hər iki futbolçu bununla bağlı üzr istəsə də, klub onları bağışlamayıb. Nəticədə Kubek və Vaça klubun qadınlardan ibarət komandası ilə birgə məşqlərə qatılacaq. Hər iki futbolçu qadınların bu oyundan anlayışının olub-olmadıqlarını araşdıracaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi