Çexiya Futbol Assosiasiyasının prezidenti həbs olunub

Çexiya Futbol Assosiasiyasının prezidenti həbs olunub Miroslav Pelta qrantların verilməsi prosesində maliyyə fırıldağına yol verməkdə ittiham olunur
Futbol
3 May , 2017 15:18
Çexiya Futbol Assosiasiyasının prezidenti həbs olunub

Bakı. 3 may. REPORT.AZ/ Çexiya Futbol Assosiasiyasının (ÇFA) prezidenti Miroslav Pelta həbs olunub.

“Report”un “Seznam” portalına istinadən verdiyi məlumata görə, 53 yaşlı futbol funksioneri assosiasiya tərəfindən qrantların verilməsi prosesində maliyyə fırıldağına yol verməsi ittihamı ilə saxlanılıb.

Bildirilir ki, M.Peltanın həbsi Çexiya polisinin idman sektoruna investisiyaların qoyulmasına dair aparılan araşdırma çərçivəsində həyata keçirilib. ÇFA-nın və “Yablonets” klubunun ofisində axtarış aparan hüquq mühafizə orqanları assosiasiya rəhbəri ilə yanaşı, daha 3 futbol funksionerini də saxlayıb.

Qeyd edək ki, Miroslav Pelta 2011-ci ildən ölkəsinin futbol qurumuna rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi