Yuxarı
    Bağlamaq

    Cənubi Amerika kuboku "Şapekoense" klubuna təqdim edilib

    Mərasim Libertadores-2017 kubokunun püşk atmasının gedişatında keçirilib

    Bakı. 22 dekabr. REPORT.AZ/ Cənubi Amerika kuboku çərşənbə axşamı Braziliyanın oyunçuları aviaqəzada həlak olmuş "Şapekoense" futbol klubuna verilib.

    "Report" xəbər verir ki, bu barədə Kolumbiyanın "El Tiempo" portalı xəbər yayıb.

    Portalın məlumatına görə, mərasim "Libertadores-2017" kubokunun püşk atmasının gedişatında, Paraqvayın paytaxtı Asunsonda keçirilib.

    Qeyd edək ki, göyərtəsində Amerika Kubokunun final görüşü üçün səfərə yollanan "Şapekoense" futbol klubunun heyətinin olduğu təyyarə noyabrın 29-da Medelina yaxınlığında qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 77 nəfərdən - 68 sərnişindən və 9 ekipaj üzvündən cəmi 6 nəfər sağ qalıb. Onlardan 3-ü "Şapekoense"nin oyunçularıdır.

    Beləliklə qəza nəticəsində komandanın 23 futbolçusu və məşqçiləri dünyasını dəyişib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi