Bakı. 18 may. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubu qapıçı Mattia Perinin transferi üçün "Cenoa" ilə razılığa gəlib.
“Report” xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Turin klubu 25 yaşlı italiyalı qolkiper üçün təqribən 8 milyon avro ödəyəcək. Oyunçu ilə müqavilə 5 il müddətinə nəzərdə tutulacaq. Qapıçının maaşı ildə 2 milyon dollar təşkil edəcək.