Çempionlar Liqasının qrup mərhələsinin oyunları keçiriləcək

Çempionlar Liqasının qrup mərhələsinin oyunları keçiriləcək II turun ilk oyun günündə 8 görüş baş tutacaq
Futbol
27 Sentyabr , 2016 07:49
Çempionlar Liqasının qrup mərhələsinin oyunları keçiriləcək

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün keçiriləcək 8 oyunla futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində II tura start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə mərkəzi görüş Almaniyada Dortmund "Borussiya"sı İspaniyanın "Real Madrid" klubunu qəbul edəcək. 

Qalib komanda 6 xalla F qrupunun lideri olacaq. Oyun heç-heçə bitəcəyi təqdirdə, komandalar hərəyə 4 xalla ilk iki pilləni bölüşəcək. Qrupun digər oyununda isə Portuqaliyanın "Sportinq" klubu Polşa "Legiya"sını qəbul edəcək.

Rusiya MOİK-i İngiltərənin "Tottenhem" klubu ilə qarşılaşacaq. Moskva təmsilçisi qalib gələrsə, digər oyunun nəticəsindən asılı olmayaraq ən azı ikinci pillədə yer alacaq. E qrupunun digər görüşündə Fransanın "Monako" və Almaniyanın "Bayer" komandaları üz-üzə gələcək.

Çempionlar Liqası, qrup mərhələsi, II tur

27 sentyabr

E qrupu

22:45. MOİK (Moskva, Rusiya) - "Tottenhem" (İngiltərə)

22:45. "Monako" (Fransa) - "Bayer" (Almaniya)

Xal durumu: "Monako" - 3, "Bayer" - 1, MOİK - 1, "Tottenhem" - 0.

F qrupu

22:45. "Borussiya" (Dortmund, Almaniya) - "Real Madrid" (İspaniya)

22:45. "Sportinq" (Portuqaliya) - "Legiya" (Polşa)

Xal durumu: "Borussiya" - 3, "Real Madrid" - 3, "Legiya" - 0, "Sportinq" - 0.

G qrupu

22:45. "Lester" (İngiltərə) - "Portu" (Portuqaliya)

22:45. "Kopenhagen" (Danimarka) - "Brügge" (Belçika)

Xal durumu: "Lester" - 3, "Kopenhagen" - 1, "Portu" - 1, "Brügge" - 0.

H qrupu

22:45. "Sevilya" (İspaniya) - "Lion" (Fransa)

22:45. "Dinamoz" (Zaqreb, Xorvatiya) - "Yuventus" (İtaliya)

Xal durumu: "Lion" - 3, "Yuventus" - 1, "Sevilya" - 1, "Dinamo" - 0.

Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.

Son xəbərlər

Orphus sistemi