Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları keçirilib

Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları keçirilib İlk oyun günüdə E, F, G və H qruplarında yer alan kollektivlər üz-üzə gəlib
Futbol
22 Noyabr , 2017 02:16
Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları keçirilib

Bakı. 22 noyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.

"Report" xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında yer alan kollektivlər üz-üzə gəlib.

Türkiyənin "Beşiktaş" klubu qonaq etdiyi "Porto" (Portuqaliya) ilə 1-1 bərabərə qalaraq son matç öncəsi "G" qrupunu lider kimi bitirməyi özünə təmin edib. Beləliklə, "ağ-qaralar" klub tarixində ilk dəfə olaraq Çempionlar Liqasının "play-off" mərhələsinə yüksəlib.

"E" qrupunun görüşünü maraqlı edən "Sevilya" – "Liverpul" qarşılaşması böyük həyəcana səhnə olub. "Liverpul" Firminonun 2 və 30, Manenin isə 22-ci dəqiqədə vurduğu qollarla fasiləyə 3-0 öndə yollanıb. Lakin ev sahibi "Sevilya" Ben Yedderin 51 və 60, Pizarronun isə 90+3-cü dəqiqədə vurduğu qollarla matçı 3-3-lük heç-heçə ilə başa vurmağı bacarıb.

Rəqib qapıçını iki dəfə məyus edən "Liverpul"un braziliyalı futbolçusu Roberto Firmino, Çempionlar Liqasındakı ilk 5 oyununda 5 qol vuran ilk oyunçu kimi tarixə düşüb.

APOEL ilə qarşılaşmadan 6-0 qalib ayrılan "Real Madrid", "Tottenhem"dən sonra "H" qrupundan çıxmağı özünə təmin edən ikinci komanda olub. "Real"ın portuqaliyalı ulduz futbolçusu Kristianu Ronaldu qapıçını 2 dəfə məyus edərək bu mövsüm Çempionlar Liqasındakı qol sayını 8-ə çatdırıb. Beləliklə, o, ötən mövsümdə vurduğu qollarla yanaşı 2017-ci ildə qeydə alınan toplarının sayını 18-ə çatdırmaqla "Çempionlar Liqasında bir təqvim ilində ən çox qol vuran futbolçu" rekordunu yeniləyib. Daha əvvəlki rekord da 2015-ci ildə 16 qola imza atan Ronalduya məxsusdur.

Qrupun digər matçında "Tottenhem" "Borussia Dortmund"u 2-1 məğlub edərək "H" qrupunda liderliyini elan edib.

Qeyd edək ki, bundan əvvəl Fransanın PSJ, Almaniyanın "Bavariya”, eləcə də İngiltərənin "Mançester Siti” və "Tottenhem” kollektivləri 1/8 finala vəsiqəni erkən təmin ediblər.

Çempionlar Liqası, Qrup mərhələsi, V tur

E qrupu

21:00. "Spartak" (Moskva, Rusiya) - "Maribor" (Sloveniya) - 1:1

Qollar: Ze Luis, 82 - Yasmin Mesanoviç, 90

23:45. "Sevilya" (İspaniya) - "Liverpul" (İngiltərə) - 3:3

Qollar: Vissam Ben Yedder, 51; 60. Quido Pizzarro, 90 - Roberto Firmino, 2; 30. Sadio Mane, 21

Xal durumu: "Liverpul" - 9, "Sevilya" - 8, "Spartak" - 6, "Maribor" - 2.

F qrupu

23:45. "Napoli" (İtaliya) - "Şaxtyor" (Ukrayna) 3:0

Qollar: Lorentso İnsinye, 56. Pyotr Zelinski, 81. Dris Mertens, 83

23:45. "Mançester Siti" (İngiltərə) - "Feyenoord" (Hollandiya) - 1:0

Qol: Rahim Sterlinq, 88

Xal durumu: "Mançester Siti" - 15, "Şaxtyor" - 9, "Napoli" - 6, "Feyenoord" - 0.

G qrupu

23:45. "Monako" (Fransa) - "Leyptsiq" (Almaniya) - 1:4

Qollar: Radamel Falkao, 43 - Jemerson, 6-öz qapısına. Timo Verner, 9. 31-penalti ilə. Nabi Keyta, 45

21:00. "Beşiktaş" (Türkiyə) - "Portu" (Portuqaliya) - 1:1

Qollar: Anderson Taliska, 40 - Felipe, 29

Xal durumu: "Beşiktaş" - 11, "Portu" - 7, "Leyptsiq" - 7, "Monako" - 2.

H qrupu

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Tottenhem" (İngiltərə) - 1:2

Qollar: Pyer-Emerik Obameyanq, 31 - Hari Keyn, 52. Hunq Min Son, 76

23:45. APOEL (Kipr) - "Real Madrid" (İspaniya) 0:6

Qollar: Luka Modriç 23. Kərim Benzema, 39; 45+1. Naço Ferdandez, 41. Kriştianu Ronaldu, 49; 54

Xal durumu: "Tottenhem" - 13, "Real Madrid" - 10, "Borussiya" - 2, APOEL - 2.

Son xəbərlər

Orphus sistemi