Yuxarı

Çempionlar Liqasında qol sayına görə rekord qeydə alınıb

Çempionlar Liqasının qrup mərhələsində qol sayına görə rekord

UEFA Çempionlar Liqasında (ÇL) yeni rekord qeydə alınıb. 

"Report"un məlumatına görə, 2019/2020 mövsümündə qrup mərhələsində 308 qol vurulub, bu isə turnirin rekordudur. Əvvəl ən yüksək göstərici 2017/2018 mövsümündə olub - 306 qol. 

Qrup mərhələsində ən çox qolu Almaniya "Bavariya"sı vurub. Münhen təmsilçisi 24 qolla zirvədədir. Bombardirlik yarışına başçılıq edən komandanın polşalı hücumçusu Robert Levandovski 10 dəfə fərqlənə bilib. ÇL-də ən çox qol matçın 76 - 90-cı dəqiqələrdə qeydə alınıb - 62 qol. 

Qeyd edək ki, ÇL-in tarixində ilk dəfə pley-offa "Top-5" liqalarında çıxış edən klublar vəsiqə qazanıblar. 1/8 final mərhələsinin püşkatması dekabrın 16-da olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi