Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək komandalar açıqlanıb

Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək komandalar açıqlanıb Siyahıda Türkiyənin "Beşiktaş" klubu da yer alıb
Futbol
21 Aprel , 2016 08:34
Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək komandalar açıqlanıb

Bakı. 21 aprel. REPORT.AZ/ UEFA Çempionlar Liqasının 2016/2017 mövsümündə birbaşa qrup mərhələsində çıxış edə biləcək komandaların adlarını açıqlayıb. "Report"un məlumatına görə, İspaniya, İngiltərə və Almaniyanın hərəyə 3, İtaliya, Portuqaliya və Fransanın isə 2 klubu birbaşa qrup mərhələsində mübarizə aparacaq.

İspaniyanın "Barselona", "Real Madrid", "Atletiko", İngiltərənin "Lester", "Tottenhem", "Mançester Siti", Almaniyanın "Bavariya", "Borussiya", "Bayer", İtaliyanın "Yuventus", "Napoli". Portuqaliyanın "Benfika", "Sportinq", Fransanın PSJ, "Monako", Rusiyanın "Rostov", Ukraynanın "Dinamo" (Kiyev), Hollandiyanın PSV, Belçikanın "Brügge", İsveçrənin "Bazel" və Türkiyənin "Beşiktaş" klubu birbaşa ÇL-in qrupuna yüksələcək. Bu, yalnız komandaların hazırda davam edən öz ölkələrinin çempionatında yüksək yerlər tuta biləcəkləri təqdirdə mümkün olacaq. 

Pley-off mərhələsindən isə 5 komanda - "Vilyarreal" (İspaniya), "Arsenal" (İngiltərə), "Herta" (Almaniya), "Roma" (İtaliya) və "Portu" (Portuqaliya) mübarizəyə qoşulacaq.

Son xəbərlər

Orphus sistemi