Çempionlar Liqasının qalibi olmuş futbolçu İndoneziya klubuna keçib

Çempionlar Liqasının qalibi olmuş futbolçu İndoneziya klubuna keçib 32 yaşlı yarımmüdafiəçi azad agent kimi müqavilə bağlayıb
Futbol
14 Mart , 2017 13:01
Çempionlar Liqasının qalibi olmuş futbolçu İndoneziya klubuna keçib

Bakı. 14 mart. REPORT.AZ/ İngiltərənin "Çelsi" və İspaniyanın "Real Madrid" klubunun sabiq futbolçusu Mikael Essyen İndoneziyanın "Persib" komandasına keçib. 

"Report"un Asiya təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 32 yaşlı yarımmüdafiəçi azad agent kimi, uzadıla bilməsi şərti ilə bir illik müqavilə bağlayıb. Anlaşmanın digər təfərrüatları açıqlanmır. Sövdələşmə klubun 84 yaşının tamamlandığı gün açıqlanıb. 

Qanalı oyunçunun sonuncu iş yeri ötən mövsümün sonunda tərk etdiyi Yunanıstan "Panatinaikos"u olub. Lakin o, 2015-2016 mövsümündə Avropa Liqasının "pley-off" mərhələsində (2:2, 0:0) zədə üzündən "Qəbələ"yə qarşı oynamayıb.

Qeyd edək ki, Mikael Essyen "Lion"un heyətində 2 dəfə Fransa, "Çelsi"də 2 dəfə İngiltərə çempionu olub, 2012-ci ildə Çempionlar Liqasını qazanıb. "Persib"Qərbi Yava adasındakı Bandunq şəhərini təmsl edir. Klub sonuncu Prezident Kubokunda 3-cü yeri tutub. 

Son xəbərlər

Orphus sistemi