Yuxarı

​Çempionlar Liqasının pley-off mərhələsinin bütün iştirakçıları məlum olub

1/8 final mərhələsinin püşkatma mərasimi dekabrın 15-də keçiriləcək

Bakı. 11 dekabr. REPORT.AZ/Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub.

"Report" xəbər verir ki, son turdan sonra turnirin 1/8 final mərhələsinin bütün iştirakçıları məlum olub.

Dekabrın 11-də keçirilən oyunların nəticələrinə görə, "Atletiko" (Madrid), "Real", "Barselona" (hamısı İspaniya), "Borussiya" (Dortmund), "Bavariya" (hər ikisi Almaniya), "Çelsi" (İngiltərə), "Monako" (Fransa) və "Portu" (Portuqaliya) klubları qrup mərhələsini birinci yerdə başa vurub.

"Şaxtyor" (Ukrayna), "Mançester Siti", "Arsenal" (hər ikisi İngiltərə), PSJ (Fransa), "Yuventus" (İtaliya), "Şalke", "Bayer" (hər ikisi Almaniya), "Bazel" (İsveçrə) qrupda ikinci yeri tutub.

1/8 final mərhələsinin püşkatma mərasimi dekabrın 15-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi