​Çempionlar Liqasının pley-off mərhələsinin püşkatması keçiriləcək

​Çempionlar Liqasının pley-off mərhələsinin püşkatması keçiriləcək Püşkatmada 20 komanda iştirak edəcək
Futbol
7 Avqust , 2015 12:05
​Çempionlar Liqasının pley-off mərhələsinin püşkatması keçiriləcək

Bakı. 7 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Report"un məlumatına görə, qrup mərhələsinə vəsiqə uğrunda 20 komanda mübarizə aparacaq.

Komandalar çempionlar və qeyri-çempionlar olmaqla səpələnmişlər və səpələnməmişlər səbətində yer alıblar.

Çempionlar:

Səpələnmişlər:“Bazel” (İsveçrə), “Seltik” (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), “Dinamo” (Zaqreb, Xorvatiya).

Səpələnməmişlər:“Partizan” (Serbiya), “Malmö” (İsveç), “Skenderbeu” (Albaniya), “Astana” (Qazaxıstan),

Qeyri-çempionlar:

Səpələnmişlər: “Mançester Yunayted” (İngiltərə), “Valensiya” (İspaniya), “Bayer” (Almaniya), “Şaxtyor” (Ukrayna), “Sportinq” (Portuqaliya).

Səpələnməmişlər:MOİK (Rusiya), “Latsio” (İtaliya), “Brügge” (Belçika), “Monako” (Fransa), “Rapid” (Avstriya).

Qeyd edək ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtilə saat 15:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi