​Çempionlar Liqasının pley-off mərhələsinin növbəti oyunları keçirilib

​Çempionlar Liqasının pley-off mərhələsinin növbəti oyunları keçirilib "Yuventus" və "Barselona" 2:1 hesablı qələbəyə sevinib
Futbol
25 Fevral , 2015 01:45
​Çempionlar Liqasının pley-off mərhələsinin növbəti oyunları keçirilib

Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin növbəti görüşləri keçirilib.

"Report" xəbər verir ki, iki qarşılaşma oynanılıb.

İtaliyanın "Yuventus" klubu Turində "Borussiya"nı (Almaniya) qəbul edib. Oyun "Qoca Senyora"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər qarşılaşmada isə "Mançester Siti" (İngiltərə) İspaniyanın "Barselona" klubunu qonaq edib. Görüş ev sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. Leonel Messi 90-cı dəqiqədə 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Cütlüklərin cavab qarşılaşması martın 18-də baş tutacaq.

25 fevral

"Yuventus" - "Borussiya" - 2:1

Qollar: Karlos Tevez (13 dəq), Marko Reus (43), Alvaro Morata (18)

"Mançester Siti" - "Barselona" - 1:2

Qollar: Luis Suarez (16, 30), Serxio Aguero (69)

Son xəbərlər

Orphus sistemi