​Çempionlar Liqasının oyunundan əvvəl baş verən insidentdə azarkeş ölüb - VİDEO

​Çempionlar Liqasının oyunundan əvvəl baş verən insidentdə azarkeş ölüb - VİDEO "The Guardian" nəşri 5 nəfərin həbs olunduğunu bildirib
Futbol
22 Oktyabr , 2015 13:42
​Çempionlar Liqasının oyunundan əvvəl baş verən insidentdə azarkeş ölüb - VİDEO

Bakı. 22 oktyabr. REPORT.AZ/ Çempionlar Liqasının D qrupunda "Mançester Siti" (İngiltərə) və "Sevilya" (İspaniya) komandaları arasında keçirilmiş görüşdən öncə ölüm hadisəsi baş verib. "Report"un "The Telegraph"a istinadən məlumatına görə, hadisə iki komanda azarkeşləri arasında yaranan münaqişə zamanı olub.

Mançester şəhərinin şimal hissəsində üz-üzə gələn azarkeşlər bir-birlərinə ərazidə olan restoran və kafelərdəki oturacaqlar və butulkalarla  hücum ediblər. Nəticədə xəsarət alan azarkeşlərdən biri dünyasını dəyişib. Polisin hadisəyə müdaxiləsindən sonra ara sakitləşib.

"The Guardian" nəşri isə 5 nəfərin həbs olunduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi