Çempionlar Liqasının oyunu güclü yağış səbəbindən təxirə salınıb

Çempionlar Liqasının oyunu güclü yağış səbəbindən təxirə salınıb "Mançester Siti" - "Borussiya" matçının yeni keçirilmə tarixi hələ açıqlanmır
Futbol
13 Sentyabr , 2016 23:21
Çempionlar Liqasının oyunu güclü yağış səbəbindən təxirə salınıb

Bakı. 13 sentyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində İngiltərənin "Mançester Siti" və Almaniyanın "Borussiya" (Münhenqladbax) klubları arasında sentyabrın 13-də keçirilməli olan matç leysan yağışları səbəbindən təxirə salınıb.

"Report" xəbər verir ki, bu barədə ingilis klubunun mətbuat xidməti məlumat yayıb.

"C" qrupunun görüşü çərşənbə axşamı Mançesterdə Bakı vaxtı ilə 22:45-də baş tutmalı idi. Matçın keçiriləcəyi yeni tarix barədə məlumat verilmir.

Qrupun digər oyununda "Barselona" "Seltik"lə qarşılaşır (hazırda hesab 2:0-dır).

Son xəbərlər

Orphus sistemi