​Çempionlar Liqasının növbəti 1/4 finalçıları məlum olub

​Çempionlar Liqasının növbəti 1/4 finalçıları məlum olub "Atletiko" və "Monako" növbəti mərhələdədir
Futbol
18 Mart , 2015 02:51
​Çempionlar Liqasının növbəti 1/4 finalçıları məlum olub

Bakı. 18 mart. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti cavab görüşləri keçirilib.

"Report" xəbər verir ki, İngiltərənin "Arsenal" klubunu qəbul edən Fransanın "Monako" kollektivi öz meydanında 0:2 hesabı ilə məğlub olsa da, səfərdə qazandığı qələbə (3:1) sayəsində 1/4 finala vəsiqə qazanıb.

Digər oyunda isə İspaniyanın "Atletiko" (Madrid) klubu ilə Almaniyanın "Bayer" kollektivi üz-üzə gəlib. Görüş hər iki oyunun nəticəsinə görə, 1:1 hesabı ilə yekunlaşdığından, matçda əlavə dəqiqələr oynanılıb.

Əlavə olunmuş hissələrdə də, qalib müəyyənləşmədiyindən, hakim oyun sonrası penalti zərbələri təyin edib.

Dramatk keçən penalti zərbələrində üstün tərəf "Atletiko" olub və 1/4 finala çıxıb.

Çempionlar Liqası. 1/8 final. Cavab qarşılaşmaları

"Monako" (Monako, Fransa) – "Arsenal" (London, İngiltərə) – 0:2

Qollar: Jiru, 36 (0:1); Remsi, 79 (0:2).

"Atletiko M" (Madrid, İspaniya) – "Bayer" (Leverkuzen, Almaniya) – 1:0(3:2)

Qollar: Suares, 27 (1:0).

1/4 finalın sonuncu iştirakçıları martın 18-də keçiriləcək "Barselona" – "Mançester Siti" və "Borussiya" – "Yuventus" oyunlarında müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi