Yuxarı
    Bağlamaq

    ​Çempionlar Liqasının ilk finalçısı məlum olub - VİDEO

    Atletiko səfər qolu sayəsində Bavariyanı geridə qoyub

    Bakı. 4 May. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının yarımfinal oyununun ilk cavab qarşılaşması keçirilib.

    "Report" xəbər verir ki, Almaniyanın "Bavariya" klubu doğma "Allians Arena"da İspaniyanın "Atletiko" (Madrid) kollektivini qəbul edib və Madrid komandası almanları mübarizədən kənarlaşdırıb.

    Münhendəki qarşılaşmada tərəflər hərəyə bir penaltidən yararlana bilməyib. Meydan sahiblərindən 34-cü dəqiqədə Tomas Müller, qonaqlardan isə 84-cü dəqiqədə Fernando Torres fərqlənə bilməyib. Görüş isə "Bavariya"nın qələbəsi ilə yekunlaşıb - 2:1.

    Hesabı 31-ci dəqiqədə Xabi Alonso açıb. 54-cü dəqiqədə Antuan Qrizmann bərabərliyi təmin etsə də, 74-cü dəqiqədə Robert Levandovski münhenlilərin qələbə topunun müəllifi olub. Məğlubiyyətə baxmayaraq, öz meydanındakı qarşılaşmada 1:0 hesabı ilə qalib gəldiyi və səfərdə qol vurduğu üçün "Atletiko" adını finala yazdırıb.

    Qeyd edək ki, digər finalçı mayın 4-də İspaniya "Real Madrid"i ilə İngiltərənin "Mançester Siti" klubları arasındakı görüşdən sonra müəyyənləşəcək. İlk görüşdə hesab açılmayıb - 0:0.

    Final mayın 28-də keçiriləcək.

    Çempionlar Liqası. 1/2 final. 2-ci matç

    "Bavariya" (Münhen, Almaniya) – "Atletiko M" (Madrid, İspaniya) – 2:1

    Qollar: Alonso, 31 (1:0); Qrizmann, 53 (1:1); Levandovski, 74 (2:1).

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi