Bakı. 27 iyul. REPORT.AZ/ Çərşənbə axşamı Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçirilib.
"Report" xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" Çexiyada Plzen "Viktoriya"sı ilə keçirdiyi ilk oyunda heç-heçə edib.
"Viktoriya" (Plzen, Çexiya) — "Qarabağ" (Bakı, Azərbaycan) — 0:0
"Şaxtyor" (Donetsk, Ukrayna) — "Yanq Boyz" (Bern,İsveçrə) — 2:0
BATE (Borisov, Belarus) — "Dandolk" (İrlandiya) — 1:0
"Sparta" (Praqa, Çexiya) — "Styaua" (Buxarest, Rumıniya) — 1:1
"Partizani" (Tirana, Albaniya) — "Zaltsburq" (Avstriya) — 0:1
"Ludoqorets" (Razrad, Bolqarıçtan) — "Srvena Zvezda" (Belqrad, Serbiya) — 2:2
"Rostov" (Rusiya) — "Anderlext" (Brüssel, Belçika) — 2:2
"Ayaks" (Amsterdam, Niderland) — PAOK (Saloniki, Yunanıstan) — 1:1
"Dinamo" (Zaqreb, Xorvatiya) — "Dinamo" (Tbilisi, Gürcüstan) — 2:0
Xatırladaq ki, turnirin III təsnifat mərhələsinin digər ilk qarşılaşmaları çərşənbə günü keçiriləcək.