Yuxarı

​Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarının nəticələri - SİYAHI

Digər cavab oyunları çərşənbə günü keçiriləcək

Bakı. 3 avqust. REPORT.AZ/ Ötən gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab qarşılaşmaları keçirilib.

"Report" xəbər verir ki, "Viktoriya" "Qarabağ"ı turnirdən kənarlaşdırıb, APOEL isə oyuna əlavə olunmuş dəqiqələrdə "Rusenborq"u 3 dəfə məyus edib.

Digər qarşılaşmada Zaqreb "Dinamo"su Tbilisidən olan eyniadlı rəqibini təkrarən məğlub edib, "Ludoqorets" əlavə olunmuş dəqiqələrdə "Srvena Zvezda"nı mübarizədən kənarlaşdırıb.

Çempionlar Liqasının III təsnifat mərhələsi, cavab oyunları

"Dandolk" (İrlandiya) — BATE (Borisov, Belarus) — 3:0

İlk oyun — 0:1

"Srvena Zvezda" (Belqrad, Serbiya) — "Ludoqorets" (Razrad, Bolqarıstan) — 2:4

İlk oyun — 2:2

"Qarabağ" (Ağdam, Azərbaycan) — "Viktoriya" (Plzen, Çexiya) — 1:1

İlk oyun — 0:0

"Dinamo" (Tbilisi, Gürcüstan) — "Dinamo" (Zaqreb, Xorvatiya) — 0:1

İlk oyun — 0:2

APOEL (Nikosiya, Kipr) — "Rusenborq" (Tronheym, Norveç) — 3:0

İlk oyun — 1:2

Xatırladaq ki, sözügedən mərhələnin qalan cavab qarşılaşmaları çərşənbə günü keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi