Bakı. 31 may. REPORT.AZ/ UEFA Çempionlar Liqasının yeni formatda keçirilməsi ilə bağlı qərar qəbul edə bilər. "Report"un "Associated Press"ə istinadən verdiyi məlumata görə, bu ilin dekabrında İsveçrənin Nyon şəhərində keçiriləcək iclasda qitənin ən nüfuzlu klub turnirində iştirakçı sayının 32-dən 16-ya endirilməsi müzakirə olunacaq.
Bütün məsələlərə isə sentyabrın 14-də qurumun prezident postuna keçiriləcək seçkilərdən sonra aydınlıq gələcək.
Qeyd edək ki, fevralın əvvəllərində İngiltərənin "Maçester Yunayted", "Çelsi", "Arsenal", "Mançester Siti", "Liverpul" klubları, həmçinin amerikalı milyarder Stiven Ross Avropada Çempionlar Liqasına oxşar və ya İngiltərə Premyer Liqasının alternativi olan yeni liqanın yaradılması haqda UEFA ilə danışıqlar aparıb.