Yuxarı

​Çempionlar Liqasının finalında İspaniyanın iki komandası üz-üzə gələcək

Real Madrid və Atletiko klubları Milandakı San Siro stadionunda qarşılaşacaq

Bakı. 5 May. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında ikinci finalçı da müəyyənləşib. "Report"un məlumatına görə, yarımfinal mərhələsinin cavab görüşündə İspaniya "Atletiko"sunun ardından eyni ölkənin "Real Madrid" klubu İngiltərənin "Mançester Siti" komandasını mübarizədən kənarlaşdırıb.

"Kral klubu" qolsuz bərabərliklə bitən ilk görüşün revanşında minimal hesablı qələbə qazanıb. Yeganə topu "Mançester Siti"nin futbolçusu Fernando 20-ci dəqiqədə öz qapısına vurub.

Beləliklə, mayın 28-də İspaniyanın "Real Madrid" və "Atletiko" klubları İtaliyanın Milan şəhərindəki "San Siro" stadionunda üz-üzə gələcəklər. "Atletiko" yarımfinalda Almaniya "Bavariya"sını mübarizədən kənarlaşdırıb.

Çempionlar Liqası, yarımfinal mərhələsi, cavab oyunu

22:45. "Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 1:0

Qol: Fernando, 20-öz qapısına

Baş hakim: Damir Skomina (Sloveniya)

Madrid. Santiyaqo Bernabeu

İlk oyun - 0:0

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi