Çempionlar Liqasının final oyunu ərəfəsində Milan metrosu qismən bağlanıb

Çempionlar Liqasının final oyunu ərəfəsində Milan metrosu qismən bağlanıb Polis şəhərin mərkəzi dəmir yolu stansiyalarından birini nəzarət altına alıb
Futbol
28 May , 2016 17:44
Çempionlar Liqasının final oyunu ərəfəsində Milan metrosu qismən bağlanıb

Bakı. 28 may. REPORT.AZ/ Futbol üzrə UEFA Çempionlar Liqasının final oyunu günü Milan metrosu terror hücumu təhlükəsi səbəbindən qismən bağlanıb.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, polis şəhərin mərkəzi dəmir yolu stansiyalarından olan "Kadorna"nı nəzarət altına alıb. Buna səbəb orada şübhəli obyektin aşkar edilməsidir.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq Çempionlar Liqasının final görüşündə İspaniya paytaxtı Madridin iki təmsilçisi - "Real" və "Atletiko" qarşı-qarşıya gələcək.

Son xəbərlər

Orphus sistemi