Yuxarı
    Bağlamaq

    Çempionlar Liqasının final matçını türkiyəli hakimlər idarə edəcək

    Yuventus-Barselona matçının hakimləri müəyyənləşib

    Bakı. 18 May. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında İtaliyanın "Yuventus" və İspaniyanın "Barselona" klubları arasında keçiriləcək final matçının hakimləri müəyyənləşib. "Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 6-da Almaniyanın paytaxtı Berlindəki "Olimpiaştadion"da təşkil olunacaq qarşılaşmaya türkiyəli hakimlər briqadası təyinat alıb.

    Görüşün baş hakimi Cüneyt Çakır olacaq. 38 yaşlı referiyə Bahattin Duran və Tarık Ongün yan xətt, Hüseyin Göçek və Barış Şimşək əlavə köməkçi, Mustafa Əmrə Eyisoy ehtiyat köməkçi hakimlər qismində yardım edəcəklər. 4-cü hakim funksiyasını isə isveçli Yonas Eriksson yerinə yetirəcək.

    Qeyd edək ki, Cüneyt Çakır 2006-cı ildən FİFA referisidir. O, indiyədək 70 beynəlxalq matç idarə edib. Bu mövsüm Çakır Çempionlar Liqasında 4, Avropa Liqasında 3 oyunda baş hakim olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi