​Bu gecə Çempionlar Liqasının daha bir finalçısı müəyyənləşəcək

​Bu gecə Çempionlar Liqasının daha bir finalçısı müəyyənləşəcək "Real Madrid" "Yuventus"u sınağa çəkəcək
Futbol
13 May , 2015 09:30
​Bu gecə Çempionlar Liqasının daha bir finalçısı müəyyənləşəcək

Bakı. 13 may. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının daha bir finalçısı müəyyənləşəcək. "Report"un məlumatına görə, yarımfinal mərhələsini cavab görüşündə İspaniya "Real Madrid"i İtaliyanın "Yuventus" klubu ilə qarşılaşacaq.

Madriddəki matça Turin təmsilçisi üstün başlayacaq. İtaliyada keçirilmiş ilk görüşdə 2:1 hesablı qələbə qazanan "Yuventus"a İspaniya paytaxtında heç-heçə də kifayət edir. "Kral klubu" isə mübarizəni davam etdirmək üçün "Santyaqo Bernabeu"da ən azı qapısını toxunulmaz saxlamaq şərtilə "ağ-qaralar"ı minimal hesabla məğlub etməlidir.

Çempionlar Liqası

1/2 final, cavab oyunu

23:45. "Real Madrid" (İspaniya) - "Yuventus" (İtaliya)

Baş hakim: Yunas Eriksson (İsveçrə)

Qeyd edək ki, İspaniyanın "Barselona" və Almaniya "Bavariya"sı arasında keçirilmiş iki görüşün nəticəsinə (5:3) əsasən, kataloniyalılar adını finala yazdırıb.

Son xəbərlər

Orphus sistemi