​Bu gün Çempionlar Liqasının 1/8 finalına növbəti vəsiqələrin sahibləri müəyyənləşəcək

​Bu gün Çempionlar Liqasının 1/8 finalına növbəti vəsiqələrin sahibləri müəyyənləşəcək "Barselona" - "Roma" və "Bavariya" - "Olimpiakos" matçları daha çox diqqət mərkəzində olacaq
Futbol
24 Noyabr , 2015 10:48
​Bu gün Çempionlar Liqasının 1/8 finalına növbəti vəsiqələrin sahibləri müəyyənləşəcək

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında V turun oyunları keçiriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma oynanılacaq. 

E qrupunun ilk oyununda Belarus BATE-si Almaniyanın "Bayer" klubunu qəbul edəcək. Matçın qalibi ikinci pilləyə yüksələ bilər. Bunun üçün İspaniya "Barselona"sı türkiyəli referi Cüneyt Çakırın idarə edəcəyi görüşdə İtaliyanın "Roma" komandasını büdrətməyi bacarmalıdır. Ən azı heç-heçəyə nail olacağı təqdirdə, Luis Enrikenin baş məşqçi olduğu komanda 1/8 finala vəsiqəni təmin edəcək. 

F qrupunda bir-biri ilə üz-üzə gələcək Almaniya "Bavariya"sı ilə Yunanıstan "Olimpiakos"unu heç-heçə də qane edəcək. Bu halda hər iki komanda 1/8 finala yüksələcək və İngiltərə "Arsenal"ı ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası arasındakı görüş yalnız Avroliqaya vəsiqə baxımından önəmli olacaq. 

G qrupunda da hələ heç bir komanda növbəti mərhələyə vəsiqəni təmin etməyib. Qrup lideri "Portu" Portuqaliyada Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə heç-heçə etsə, növbəti mərhələyə vəsiqəni təmin edəcək. Bu halda İngiltərə Premyer Liqasında işləri heç də yaxşı getməyən "Çelsi" İsrailin Hayfa şəhərində heç bir xalı olmayan "Makkabi"ni yenərək, daha bir vəsiqəyə sahib ola bilər. 

H qrupunda isə Rusiya "Zenit"i artıq bu vəzifənin öhdəsindən gəlib. İspaniya "Valensiya"sı Sankt-Peterburqda qələbə qazana bilsə, digər vəsiqənin sahibinə çevriləcək. Bu halda, Fransada "Lion"la Belçika Gent"i arasındakı matç mübarizəni Avroliqada davam etdirmə baxımından əhəmiyyətli olacaq. 

Çempionlar Liqası, V tur

E qrupu

21:00. BATE (Belarus) - "Bayer" (Almaniya)

Baş hakim: Kleman Turpen (Fransa)

Borisov. "Borisov Arena"

23:45. "Barselona" (İspaniya) - "Roma" (İtaliya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Barselona. "Nou Kamp".

Xal durumu: "Barselona" - 10. "Roma" - 5. "Bayer" - 4. BATE - 3.

F qrupu

23:45. "Arsenal" (İngiltərə) - "Dinamo" (Zaqreb, Xorvatiya)

Baş hakim: Viktor Kaşşai (Macarıstan)

London. "Emireyts" stadionu

23:45. "Bavariya" (Almaniya) - "Olimpiakos" (Yunanıstan)

Baş hakim: Yunas Eriksson (İsveç)

Münhen. "Alyans Arena"

Xal durumu: "Bavariya" - 9. "Olimpiakos" - 9. "Arsenal" - 3. "Dinamo" - 3.

G qrupu

23:45. "Portu" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna)

Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)

Portu. "Draqau" stadionu

23:45. "Makkabi" (Təl-Əviv, İsrail) - "Çelsi" (İngiltərə)

Baş hakim: Alberto Undiano Malenko (İspaniya)

Hayfa. "Sammi Ofer" stadionu

Xal durumu: "Portu" - 10. "Çelsi" - 7. "Dinamo" - 5. "Makkabi" - 0.

H qrupu

21:00. "Zenit" (Rusiya) - "Valensiya" (İspaniya)

Baş hakim: Sveyn Moen (Norveç)

Sankt-Peterburq. "Petrovski" stadionu

23:45. "Lion" (Fransa) - "Qent" (Belçika)

Baş hakim: Sergey Karasyov (Rusiya)

Lion. "Jerlan" stadionu

Xal durumu: "Zenit" - 12. "Valensiya" - 6. "Gent" - 4. "Lion" - 1.

Son xəbərlər

Orphus sistemi