Çempionlar Liqasının 1/4 finalının ilk iki oyununda qapılara cəmi bir top vurulub

Çempionlar Liqasının 1/4 finalının ilk iki oyununda qapılara cəmi bir top vurulub Xatırladaq ki, 1/4 finalın daha iki oyunu aprelin 15-də keçiriləcək
Futbol
15 Aprel , 2015 02:10
Çempionlar Liqasının 1/4 finalının ilk iki oyununda qapılara cəmi bir top vurulub

Bakı. 15 aprel. REPORT.AZ/ Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iki oyunu keçirilib. 

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, İtaliyanın "Yuventus" klubu öz meydanında Fransanın "Monako" komandasını qəbul edib. Turin təmsilçisi bu görüşün favoriti hesab olunsa da, 1/8 finalda "Arsenal"ı mübarizədən kənarlaşdıran Fransa təmsilçisi rəqibinə ciddi müqavimət göstərib. İtalyanlar qələbəni yalnız penalti hesabına təmin edə biliblər. Oyunun taleyini Arturo Vidalın 57-ci dəqiqədə vurduğu yeganə qol həll edib.

Madrid təmsilçiləri - Çempionlar Liqasının ötən ilki finalçıları "Real" və "Atletiko" arasındakı oyun da xüsusi maraq doğurur. O vaxt son dəqiqədə buraxdığı qolla çempionluğu əldən verən "Atletiko" məğlubiyyətin əvəzini çıxmağa, "Real" isə titulunu qorumağa çalışır.

"Atletiko"nun meydanında keçirilən ilk qarşılaşmada tərəflər münasibətləri ayırd edə bilməyiblər. Oyun 0:0 hesabı ilə başa çatıb.

Xatırladaq ki, 1/4 finalın daha iki oyunu aprelin 15-də keçiriləcək.

"Portu" (Portuqaliya) öz meydanında "Bavariya" (Almaniya), PSJ (Fransa) isə "Barselona" (İspaniya) ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi