Yuxarı

Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb

Monakoda təşkil olunan tədbirdə 8 qrupun tərkibi müəyyənləşib

Bakı. 25 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında 2016/2017 mövsümü üçün qrup mərhələsinin püşkatma mərasimi keçirilib. 

"Report"un məlumatına görə, Monakoda təşkil olunan tədbirdə 8 qrupun tərkibi müəyyənləşib.

Püşkatma öncəsi 32 komanda 4 səbətə bölünüb. Birinci səbətdə turnirin son qalibi İspaniya "Real Madrid"i və reytinqcə yüksək olan 7 ölkənin çempionları yer alıb. Qalan 3 səbətə isə klublar şəxsi reytinqlərinə əsasən bölünüblər.

Türkiyənin yeganə təmsilçisi "Beşiktaş" "Benfika", "Napoli", Kiyev "Dinamo"suna rəqib olub.

Azərbaycan milli komandasının futbolçusu Budaq Nəsirovun yeni keçdiyi "Sportinq" isə "Real Madrid"ə, Almaniyanın güclü klublarından olan Dortmund "Borussiya"sına və uzun fasilədən sonra qrupda oynayacaq "Legiya"ya rəqib olub.

A qrupu: PSJ (Fransa), "Arsenal" (İngiltərə), "Bazel" (İsveçrə), "Ludoqorets" (Bolqarıstan)

B qrupu: "Benfika" (Portuqaliya), "Napoli" (İtaliya), "Dinamo" (Kiyev, Ukrayna), "Beşiktaş" (Türkiyə)

C qrupu: "Barselona" (İspaniya), "Mançester Siti" (İngiltərə), "Borussiya" (Mönhenqladbax, Almaniya), "Seltik" (Şotlandiya)

D qrupu: "Bavariya" (Almaniya), "Atletiko Madrid" (İspaniya), PSV (Eyndhoven, Hollandiya), "Rostov" (Rusiya)

E qrupu: MOİK (Rusiya), "Bayer" (Almaniya), "Tottenhem" (İngiltərə), "Monako" (Fransa)

F qrupu: "Real Madrid" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Sportinq" (Portuqaliya), "Legiya" (Varşava, Polşa)

G qrupu: "Lester Siti" (İngiltərə), "Portu" (Portuqaliya), "Brügge" (Belçika), "Kopenhagen" (Danimarka)

H qrupu: "Yuventus" (İtaliya), "Sevilya" (İspaniya), "Lion" (Fransa), "Dinamo" (Zaqreb, Xorvatiya) 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi