​Çempionlar Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulacaq

​Çempionlar Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulacaq 4 qrupdan 3-də hər iki oyunu eyni ölkədən olan hakimlər idarə edəcək
Futbol
16 Sentyabr , 2015 09:47
​Çempionlar Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulacaq

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində ilk tura yekun vurulacaq. "Report"un məlumatına görə, ikinci oyun günündə 4 qrupda 8 görüş keçiriləcək.

İtaliyanın "Roma" klubu doğma azarkeşlər önündə İspaniya "Barselona"sını qəbul edəcək. Rusiya "Zenit"i İspaniyada "Valensiya"nın qonağı olacaq. Yunanıstan "Olimpiakos"u isə daha ciddi rəqiblə - Almaniya "Bavariya"sı ilə qarşılaşacaq.

4 qrupdan 3-də hər 2 iyunu eyni ölkədən - Hollandiya, Almaniya və Şotlandiyadan olan hakimlər idarə edəcəklər. 

16 sentyabr

Çempionlar Liqası, qrup mərhələsi

E qrupu

23:45. "Roma" (İtaliya) - "Barselona" (İspaniya)

Baş hakim: Byorn Kuypers (Hollandiya)

23:45. "Bayer" (Leverkuzen, Almaniya) - BATE (Belarus)

Baş hakim: Danni Makkeli (Hollandiya)

F qrupu

23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Arsenal" (İngiltərə)

Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)

23:45. "Olimpiakos" (Yunanıstan) - "Bavariya" (Almaniya)

Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)

G qrupu

23:45. "Dinamo" (Kiyev, Ukrayna) - "Portu" (Portuqaliya)

Baş hakim: Feliks Brıx (Almaniya)

23:45. "Çelsi" (İngiltərə) - "Makkabi" (Təl-Əviv, İsrail)

Baş hakim: Feliks Tsvayer (Almaniya)

H qrupu

23:45. "Valensiya" (İspaniya) - "Zenit" (Rusiya)

Baş hakim: Kreyq Tomson (Şotlandiya)

23:45. "Gent" (Belçika) - "Lion" (Fransa)

Baş hakim: Uilyam Kollum (Şotlandiya)

Qeyd edək ki, qrup mərhələsinin növbəti görüşləri 29-30 sentyabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi