​Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək

​Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək Gecənin oyunlarında 10 komandanın taleyinə aydınlıq gələcək
Futbol
25 Avqust , 2015 10:08
​Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək

Bakı. 25 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşləri keçiriləcək. "Report"un məlumatına görə, gecənin oyunlarında qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazanacaq 5 komanda məlum olacaq.

"Qarabağ"ı Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq uğrunda gedən mübarizədən kənarlaşdırdan Şotlandiya "Seltik"i "Malmö" ilə qarşılaşacaq. İsveçdə keçiriləcək qarşılaşmaya qonaqlar üstün tərəf olaraq çıxacaq. "Seltik" evdə keçirdiyi ilk matçda 3:2 hesabı ilə qələbə qazanıb.

25 avqust

Çempionlar Liqası, pley-off mərhələsinin cavab oyunları

23:45. "Malmö" (İsveç) - "Seltik" (Şotlandiya)

İlk oyun - 2:3

23:45. "Makkabi" (Təl-Əviv, İsrail) - "Bazel" (İsveçrə)

İlk oyun - 2:2

23:45. "Dinamo" (Xorvatiya) - "Skenderbeu" (Albaniya)

İlk oyun - 2:1

23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Rapid" (Avstriya)

İk oyun - 1:0

23:45. "Monako" (Fransa) - "Valensiya" (İspaniya)

İlk oyun - 1:3

Qeyd edək ki, qalan 5 cütün taleyinə sabah aydınlıq gələcək.

Son xəbərlər

Orphus sistemi