Yuxarı

Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn komandalar bəlli olub

Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn komandalar bəlli ol

UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşib.

"Report" xəbər verir ki, "Qarabağ" - APOEL (Kipr) oyunu ilə yanaşı, III raundun daha 9 cavab matçı keçirilib.

Qarşılaşmalardan sonra APOEL (Kipr), "Rusenborq" (Norveç), "Brügge" (Belçika), "Dinamo" (Zaqreb, Xorvatiya), LASK (Avsrtriya), "Olimpiakos" (Yunanıstan), "Ayaks" (Hollandiya), ÇFR (Rumıniya), "Krasnodar" (Rusiya) və "Srvena Zvezda" (Serbiya) komandaları ÇL-in pley-off mərhələsinə yüksəliblər.

Bu gün Avropa Liqasında da üç görüş baş tutub. Cavab görüşlərindən sonra "Düdelanj" (Lüksemburq), "Slovan" (Slovakiya) və "Linfild" (Şimali İrlandiya) növbəti raunda vəsiqəni təmin ediblər.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırsa da, Avropa Liqasının pley-off mərhələsində "Linfild"lə (Şimali İrlandiya) qarşılaşacaq.

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunları

20:30. "Qarabağ" (Azərbaycan) - APOEL (Kipr) - 0:2

Qol: Tomas De Vinsenti, 34 (p). Uroş Matiç, 68

İlk oyun - 2:1

21:00. "Rusenborq" (Norveç) - "Maribor" (Sloveniya) - 3:1

Qol: Alexander Soederlund, 53. Anders Konradsen, 61.81 - Rudi Pozeg Vancas, 45

İlk oyun - 3:1

21:30. "Dinamo" (Ukrayna, Kiyev) - "Brügge" (Belçika) - 3:3

Qol: Vitali Buyalski, 5. Vladimir Şepelev, 38. Brandon Mechele, 90 (öz qapısına) - Simon Deli, 38. Ruud Vormer, 88. Ikoma Lois Openda, 90

İlk oyun - 0:1

22:00. "Kopenhagen" (Danimarka) - "Srvena Zvezda" (Serbiya) - 1:1 (Pen 6:7)

Qol: Dame N'Doye, 45 - Riçmond Baokye, 17

İlk oyun - 1:1

22:00. "Ferentsvaroş" (Macarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:4

Qol: Ariyan Ademi, 16. Bruno Petkoviç, 47, Daniel Olmo, 55. Amer Gojak, 79

İlk oyun - 1:1

22:30. LASK (Avsrtriya) - "Bazel" (İsveçrə) - 3:1

Qol: Reinhold Ranftl, 59. Thomas Goiginger, 89. Marko Raguz, 90 - Kemal Ademi, 80

İlk oyun - 2:1

22:30. "Olimpiakos" (Yunanıstan) - "Başakşehir" (Türkiyə) - 2:0

Qol: Ruben Semedo, 55. Mathieu Valbuena, 78

İlk oyun - 1:0

22:30. "Ayaks" (Hollandiya) - PAOK (Yunanıstan) - 3:2

Qol: Dusan Tadic, 43 (p) 85 (p). Nicolas Tagliafico, 79 - Diego Biseswar, 24. 90

İlk oyun - 2:2

22:45. "Seltik" (Şotlandiya) - ÇFR (Rumıniya) - 3:4

Qol: James Forrest, 51. Odsonne Edouard, 61, Ryan Christie, 76 - Billel Omrani, 27. 74 (p). 80. George Tucudean, 90

İlk oyun - 1:1

23:00. "Portu" (Portuqaliya) - "Krasnodar" (Rusiya) - 2:3

Qol: Ze Luis, 57. Luis Diaz, 76 - Tonny Vilhena, 3. Moqamed Süleymanov, 13. 34

İlk oyun - 1:0

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunları

20:00. "Nomme Kalyu" (Estoniya) - "Düdelanj" (Lüksemburq) - 0:1

İlk oyun - 1:3

22:45. "Linfild" (Şimali İrlandiya) - "Sutyeska" (Monteneqro) - 3:2

İlk oyun - 2:1

23:00. "Dandolk" (İrlandiya) - "Slovan" (Slovakiya) - 1:3

İlk oyun - 0:1

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi