​Çempionlar Liqasında "pley-off" mərhələsində 5 oyun keçiriləcək

​Çempionlar Liqasında "pley-off" mərhələsində 5 oyun keçiriləcək "Qarabağ"ın uduzduğu komanda Bolqarıstanda "Ludoqorets"un qonağı olacaq
Futbol
17 Avqust , 2016 11:22
​Çempionlar Liqasında pley-off mərhələsində 5 oyun keçiriləcək

Bakı. 16 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında "pley-off" mərhələsinin ilk oyunlarına yekun vurulacaq. "Report"un məlumatına görə, ikinci oyun günündə 5 qarşılaşma baş tutacaq.

"Qarabağ"ı qitənin ən nüfuzlu klub turnirindən kənarlaşdıran Çexiya "Viktoriya"sı Bolqarıstanda "Ludoqorets"un qonağı olacaq. Türkiyə "Fənərbağça"sına qalib gələn "Monako" isə İspaniyada "Vilyarreal"la münasibətlərinə aydınlıq gətirəcək.

Gecənin digər maraqlı görüşü isə Portuqaliyada baş tutacaq. "Portu" İtaliyanın "Roma" klubunu sınağa çəkəcək.

Çempionlar Liqası, "pley-off" mərhələsi

17 avqust

22:45. "Seltik" (Şotlandiya) - "Hapoel" (Beyer-Şeva, İsrail)

22:45. "Dandalk" (İrlandiya) - "Legiya" (Polşa)

22:45. "Porto" (Portuqaliya) - "Roma" (İtaliya)

22:45. "Ludoqorets" (Bolqarıstan) - "Viktoriya" (Çexiya)

22:45. "Vilyarreal" (İspaniya) - "Monako" (Fransa)

İlk oyun günündə qeydə alınan nəticələr:

16 avqust

22:45. "Ayaks" (Hollandiya) - "Rostov" (Rusiya) - 1:1

Qollar: Devi Klassen, 37 (P) - Kristina Noboa, 13

22:45. "Dinamo" (Xorvatiya) - "Zalsburq" (Avstriya) - 1:1

Qollar: Marko Roq, 76 - Valentino Lazaro, 59

22:45. "Kopenhagen" (Danimarka) - APOEL (Kipr) - 1:0

Qol: Andrija Pavloviç, 43

22:45. "Styaua" (Rumıniya) - "Mançester Siti" (İngiltərə) - 0:5

Qollar: David Silva, 14, Serrixo Auqero, 41. 78. 89, Duran Nolito, 49

22:45. "Yanq Boyz" (İsveçrə) - "Borussiya" (M. Almaniya) - 1:3

Qollar: Miralem Suleyani, 56 - Rafael, 11, Andre Hahn, 67, Alan Roçat, 69 (avtoqol)

Qeyd edək ki, cavab görüşləri 23-24 avqustda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi