Bu gün ​Çempionlar Liqasında "play-off" mərhələsi start götürür

Bu gün ​Çempionlar Liqasında "play-off" mərhələsi start götürür İlk oyun günündə 5 qarşılaşma keçiriləcək
Futbol
18 Avqust , 2015 08:21
Bu gün ​Çempionlar Liqasında play-off mərhələsi start götürür

Bakı. 18 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının "play-off" mərhələsinin ilk oyunları keçiriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə 10 komanda meydana çıxacaq.

İlk olaraq futbol azarkeşlərinin diqqəti Qazaxıstana yönələcək. Burada yerli "Astana" Kipr APOEL-ini qəbul edəcək. Qarşılaşma Bakı vaxtilə saat 21:00-da start götürəcək.

BATE və "Partizan" (Serbiya) komandalarının görüşü Belarusda baş tutacaq. Bu mərhələdən mübarizəyə qoşulan komandalardan biri İngiltərənin "Mançester Yunayted" klubudur. "Qırmızı şeytanlar" qrupa vəsiqə qazanmaq üçün Belçika "Brügge"sini məğlub etməlidirlər. Bundan başqa "Latsio" (İtaliya) Almaniya "Bayer"i ilə, "Sportinq" (Portuqaliya) isə ÇSKA (Rusiya, MOİK) ilə qarşılaşacaq.

Görüşlər Bakı vaxtilə saat 23:45-də start götürəcək.

Qeyd edək ki, "play-off" mərhələsində digər 5 oyun sabah keçiriləcək.

Son xəbərlər

Orphus sistemi