​Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib - VİDEO

​Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib - VİDEO "Real" və "Volfsburq" səfərdə qələbə qazanıb
Futbol
18 Fevral , 2016 01:46
​Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib - VİDEO

Bakı. 18 fevral. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasının "play-off" mərhələsi çərçivəsində 1/8 finalın növbəti oyunları keçirilib.

"Report" xəbər verir ki, oyun gecəsində iki qarşılaşma baş tutub.

İtaliyanın "Roma" klubu İspaniya "Real Madrid"i qarşısında aciz qalıb və görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər qarşılaşma Belçikada keçirilib. Burada yerli "Gent" Almaniya "Volfsburq"unu qəbul edib. Gərgin keçən qarşılaşma almanların qələbəsi ilə başa çatıb - 3:2.

Çempionlar Liqası, "play-off" mərhələsi

"Gent" - "Volfsburq" - 2 - 3

Qollar: Yulian Draksler, 44 (0 -1), 54 (0 - 2), Maks Kruze, 60 (0 - 3), Sven Kums, 80 (1 - 3), Kalifa Kulibali, 89 (2 - 3)

"Roma" - "Real Madrid" - 0 - 2

Qollar: Kriştianu Ronaldu, 57 (0 - 1), Serxio Ramos, 86 (0 - 2)

Son xəbərlər

Orphus sistemi