​Çempionlar Liqasında IV tura yekun vurulacaq

​Çempionlar Liqasında IV tura yekun vurulacaq F qrupunda "Bavariya" və "Arsenal" komandaları qarşılaşacaq
Futbol
4 Noyabr , 2015 09:51
​Çempionlar Liqasında IV tura yekun vurulacaq

Bakı. 4 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının IV turuna yekun vurulacaq. "Report"un məlumatına görə, gecə E, F, G və H qruplarında ümumilikdə 8 oyun keçiriləcək.

Azarkeşlər F qrupunda daha maraqlı mübarizənin şahidi olacaq. Qrup lideri "Bavariya" doğma meydanda İngiltərə "Arsenal"ını qəbul edəcək. Münhen təmsilçisi qələbə qazanacağı təqdirdə, liderliyini möhkəmləndirmiş olacaq. "Topçular" isə növbəti mərhələ şanslarını saxlamaq üçün səfərdən mütləq qələbə ilə dönməlidirlər. Qrupun digər oyununda Yunanıstan "Olimpiakos" və "Dinamo" (Zaqreb, Xorvatiya) komandaları qarşılaşacaq.

G qrupunda vəziyyəti heç də yaxşı olmayan İngiltərə "Çelsi"si Ukrayna "Dinamo"sunu qəbul edəcək. Joze Mourinyonun rəhbərlik etdiyi komanda qələbə qazanarsa, 1/16 final mərhələ şanslarını saxlayacaq. Məğlubiyyət isə "zadəganlar"ın mövqeyini daha da pisləşdirəcək. Digər oyunda İsrail "Makkabi"si və Portuqaliya" "Portu"su yarışacaq.

Çempionlar Liqası, Qrup mərhələsi, IV tur

E qrupu

23:45. “Barselona” (İspaniya) – BATE (Belarus)

23:45. “Roma” (İtaliya) – “Bayer” (Almaniya)

Xal durumu: "Barselona" - 7. "Bayer" - 4. BATE - 3. "Roma" - 2.

F qrupu

23:45. “Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə)

23:45. “Olimpiakos” (Yunanıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya)

Xal durumu: "Bavariya" - 6. "Olimpiakos" - 6. "Arsenal" - 3. "Dinamo" - 3.

G qrupu

23:45. “Çelsi” (İngiltərə) – “Dinamo” (Kiyev, Ukrayna)

23:45. “Makkabi” (İsrail) – “Portu” (Portuqaliya)

Xal durumu: "Porto" - 7. "Dinamo" - 5. "Çelsi" - 4. "Makkabi" - 0.

H qrupu

23:45. “Lion” (Fransa) – “Zenit” (Rusiya)

23:45. “Gent” (Belçika) – “Valensiya” (Belçika)

Xal durumu: "Zenit" - 9. "Valensiya" - 6. "Gent" - 1. "Lion" - 1.

Son xəbərlər

Orphus sistemi